Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu (Səlahiyyətli Qurumu) Birləşmiş Ərəb Əmirliklərinin paytaxt şəhəri Əbu Dabidə keçirilən İllik İnvestisiya Toplantısı (AİM Congress) çərçivəsində təşkil edilmiş sərgidə iştirak edib.
“İki sahil” xəbər verir ki, Səlahiyyətli Qurumun nümayəndələri tanınmış Çin, BƏƏ, Rusiya, Polşa və s. şirkətləri ilə görüşərək, Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış əlverişli biznes mühit haqqında məlumat veriblər.
Eyni zamanda, sərgi əsnasında Səlahiyyətli Qurum tərəfindən Şeyx İssa bin Abdulla Al-Ma’ala və Şeyx Zayed bin Məhəmməd bin Xalid Al-Qasimiyə Ələt Azad İqtisadi Zonasının unikal qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştlər paketi, nəqliyyat və logistika xidmətləri, istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemi ilə təmin edilmiş sənaye torpaq sahələri və digər imkanları haqqında geniş məlumat verilib.
Son olaraq, BƏƏ Palatalarının sədri Həmid Məhəmməd bin Salem stendə baş çəkib, o, Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılan imkanlar və güzəştlər barədə məlumatlandırılıb.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev