15 may 2024 10:08
415

Rəşad Orucov: Son bir ildə rəqəmsal bankçılığa keçid sürətlənib

Son bir ildə maliyyə xidmətlərində yenilənmiş hüquqi çərçivə ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçidi sürətləndirib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, bunu rəqəmsal bankçılıq üzrə əməliyyatların həcmində də görmək mümkündür.

“Cari ilin birinci rübündə internet bankçılıq əməliyyatlarının həcmi 18% artaraq 59 milyardı ötüb. Mobil bankçılıq əməliyyatların həcmi iki dəfə artaraq 15 milyard manat təşkil edib. İlk rübdə cari hesablar üzrə aparılan müştəri köçürmələrinin say üzrə 93%-i, həcm üzrə isə 75%-i elektron bankçılıq vasitəsilə aparılıb” - Rəşad Orucov əlavə edib.