15 may 2024 10:37
453

Azərbaycanda fintex strategiyası hazırlanır - Zakir Nuriyev

Hazırda Azərbaycanda "2024-2028-cı illər fintex strategiyası"nın hazırlanması üzrə işlər gedir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ requlyativ qurumla aktiv müzakirə edilir: "Strategiyada hədəflər, ona çatmaq çatmaq istiqamətləri düzgün müəyyənləşdirilməlidir".

O düşünür ki, Azərbaycanda fintex sektoru çox uğurlu şəkildə inkişaf etdiriləcək.