Bu ilin yanvar-aprel aylarında Azərbaycanda günəş elektrik stansiyalarında 144,4 mln. kVt·st elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 7,6 dəfə çoxdur.
Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, dörd ay ərzində ölkədə külək elektrik stansiyalarında 21 mln. kVt·st elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2%-ə yaxın azalma deməkdir.
Məlumata görə, hesabat dövründə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 90,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,4% çoxdur.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev