Maliyyə sektoru texnoloji yenilikləri sürətlə mənimsəyir.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən Fintech Summit-də Türkiyənin Bank Nəzarəti və Tənzimlənməsi İdarəsinin sədr müavini Mustafa Aydın deyib.
“Maliyyə sektoru texnoloji yenilikləri sürətlə mənimsəyir. Son 10 il ərzində "ağıllı" cihazlar və mobil internet istifadəsinin artımı maliyyə sektorunun inkişafına təkan verib”, - deyə o bildirib.
Onun sözlərinə görə, maliyyə sektorunda rəqəmsal inqilab bundan sonra da artmağa davam edəcək.
“Biz də rəqəmsallaşma dönəmində yeni inkişafları diqqətlə izləyirik və izləyəcəyik”, - Mustafa Aydın bildirib.
Qeyd edək ki, 15-16 may 2024-cü il tarixində Bakıda “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” adlı FİNTEX SAMMİT 2024 keçirilir.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev