Azercell şirkəti Azərbaycanda gözəl şəbəkə performansı göstərir.
“İki sahil” xəbər verir ki, bunu “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
"18 ayda Azercell 300-dən çox baza stansiyası qurmaqla ölkədə internet keyfiyyətini artırıb. Azərbaycanda baza stansiyalarının sayı artıb və bu 5 milyondan çox əhali üçün yüksək keyfiyyətli xidməti təmin edir. COP29 çərçivəsində də Azercell GSM-in iqlim dəyişikliyi tapşırıqları qrupuna qoşulacaq. Bu, onların prioritetlərindən biridir", - deyə nazir müavini bildirib.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev