Azərbaycan texnologiya sahəsində regional liderə çevrilib.
“İki sahil” xəbər verir ki, bu barədə GSMA şirkətinin normativ-hüquqi tənzimləmə üzrə direktoru Con Custi Bakıda keçirilən "M360 Eurasia 2024" beynəlxalq konfransında çıxışında deyib.
"Bakıda cəmi 30 il bundan əvvəl ilk internet bağlantısı quraşdırıldı. Həmin vaxtdan etibarən ölkə texnologiya, innovasiya və sahibkarlıq sahəsində regional liderə çevrilib", - deyə o bildirib.
Onun sözlərinə görə, bu gün Yer kürəsi əhalisinin 95 faizi (yaxud 5,6 milyard nəfər) mobil şəbəkə ilə əhatə olunub.
O, həmçinin, qeyd edib ki, bütün dünyada süni intellekt və digər yeni texnologiyalar artıq cəmiyyətə dərin təsir göstərməklə müəssisələrin məhsuldarlığını artırmağa imkan verir və hökumətlərin daha ciddi problemlərdən bəzilərini həll etməsinə kömək edir.
Bundan başqa, Custi rəqəmsal sektorun iqlim dəyişmələri ilə mübarizədə birləşməyə çalışmalı olduğunu qeyd edib.
"Bu gün dünya sənayesinin təqribən üçdə ikisi karbon qazı tullantılarının azaldılması üzrə qətiyyətli addımlar ataraq qısamüddətli iqlim islahatlarının keçirilməsi ilə bağlı öhdəlik götürüb", - o deyib.
O, həmçinin, bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ilə əlaqədar olaraq, GSMA-nın Azercell-lə əməkdaşlığına şad olduğunu əlavə edib
Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024" beynəlxalq konfransı keçirilir.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev