Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.
O bildirib ki, ümumilikdə Azərbaycanda 74 % evlərin genişzolaqlı fiberoptik internetə çıxışı mövcuddur: "Azərbaycanda transformasiya üçün etibarlı infrastruktur qurulmalıdır. Bu istiqamətdə də işlər görülür və düşünürəm ki, birgə fəaliyyət nəticəsində daha müsbət nəticələr əldə ediləcək".
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev