Azərbaycan kənd təsərrüfatı şəhərciklərinin salınması sahəsində Belarusun təcrübəsini öyrənməyə hazırdır.
“İki sahil” "BELTA"ya istinadla xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoşun işgüzar səfəri çərçivəsində Bakıda kənd təsərrüfatı idarələrinin nazirləri səviyyəsində görüş keçirilib: “Tərəflər ticari-iqtisadi əməkdaşlığın inkişafı, Belarusun kənd təsərrüfatı şəhərciklərinin tikintisi üzrə təcrübəsinin öyrənilməsi, heyvandarlıq sahəsində qarşılıqlı fəaliyyət, baytarlıq preparatlarının tədarükünün artırılması perspektivlərinin işlənib hazırlanması, habelə bu istiqamətdə birgə istehsalın yaradılması barədə razılığa gəliblər. Bundan əlavə, kənd təsərrüfatı təhsili sahəsində əməkdaşlıqdan danışılıb”.
Qeyd edilib ki, Azərbaycan nümayəndə heyəti iyunun 4-dən 9-dək Minskdə keçiriləcək “Belaqro” sərgisi çərçivəsində Belarusa səfər edəcək.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev