"Visa" beynəlxalq ödəniş təşkilatı Azərbaycanla əməkdaşlığa önəm verir və onu strateji bazar hesab edir.
“İki sahil” xəbər verir ki, bunu "Visa"nın Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev Bakıda keçirilən Fintex Sammitində deyib.
"Sevindirici haldır ki, Azərbaycan istifadə olunan müəyyən texnologiyalar üzrə artıq liderdir. Azərbaycanda konkret olaraq müəyyən layihələr həyata keçirilib", - N. Hacıyev qeyd edib.
O bildirib ki, bu vaxta kimi "Visa" 260 müxtəlif valyutada 212 milyard əməliyyat həyata keçirib.
"Visa" tamamilə yeni sahələrdə fəaliyyət göstərməyə və innovasiyalara meyllidir", - deyə N.Haciyev əlavə edib.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev