
Ekspertlər bildirirlər ki, yeni gömrük tariflərinin qısa müddətdə genişmiqyaslı inflyasiya təsiri gözlənilməsə də, bəzi müəyyən məhsullar üzrə qiymətlərin artımı proqnozlaşdırılır.
Tariflər mərhələli şəkildə tətbiq olunacaq
Rəsmilərin dediyinə görə, tariflər növbəti üç il ərzində mərhələli şəkildə tətbiq olunacaq. 2024-cü ildə qüvvəyə minən yeni tariflər tətbiq olunan məhsullara elektrik avtomobilləri və elektrik avtomobil akkumulyatorları, həmçinin günəş batareyaları, şprislər, iynələr, polad və alüminium və s. daxildir. Bəzi məhsullarla bağlı tariflər 2026-cı ilə qədər qüvvəyə minməyəcək.

ABŞ Prezidenti Co Bayden isə öz növbəsində bildirib ki, Çin hökuməti elektrik avtomobilləri və digər istehlak malları üçün subsidiyalar Çin şirkətlərinə mənfəət əldə etməmələrini təmin etməklə qlobal ticarətdə haqsız üstünlüklər verib.
Orxan Vahidoğlu, "İki sahil"
Təbii inhisar subyektlərinin nümayəndələri üçün maarifləndirici seminar keçirilib
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib