Fransa Mərkəzi Bankının prezidenti Fransua Villeroy de Galhau ECB-nin iyun ayında keçiriləcək iclasında faiz dərəcələrini azaltmağa başlayacağı ehtimalının çox yüksək olduğunu söyləyib.

RTL radiosuna müsahibə verən F. Villeroy bildirib ki, kifayət qədər inamımız olduqdan sonra, şübhəsiz ki, iyunun əvvəlində keçiriləcək iclasda Mərkəzi Bank faiz dərəcələrini azaltmağa başlayacağıq.

Finlandiya Mərkəzi Bankının sədri Olli Ren də qeyd edib ki, inflyasiyanın davamlı şəkildə hədəfə yaxınlaşması ilə bağlı inam güclənməkdə davam edərsə, pul siyasətinin məhdudlaşdırıcılığını azaltmaq, yəni faiz dərəcələrini azaltmaq olar.
Orxan Vahidoğlu, "İki sahil"
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev