Telekommunikasiya şirkətləri ən çox emissiya buraxan şirkətlərdir.
“İki sahil” xəbər verir ki, bu barədə “McKinsey & Company”nin Mərkəzi Asiyadakı telekommunikasiya təcrübəsi rəhbəri Alima Zimanova “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, araşdırmaya görə, müştərilər yaşıl sertifikatlara 30 faiz artıq ödəniş etməyə hazırdır.
“Operator qrupları emissiyaların azaldılması üzrə öhdəlik götürüblər. Onların əksəriyyəti 2030-cu ili özlərinə hədəf seçib. Bəzi operatorlar bu mövzuda digərlərindən daha uğurludur. 80-90 faiz emissiyalar geri qaytarılandır. Lakin emissiyaları azaltmaq daha səmərəli ola bilər. Aktiv infrastrukturdan istifadə enerjiyə ən çox qənaət edə biləcəyimiz sahədir. Avropada bu işləri həyata keçirmək daha asandır.
Biz yalnız özümüz üçün yox, gələcək nəsillər üçün yaşıl enerjidən istifadə etməliyik”,- deyə o bildirib.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev