Sabah güclü külək olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb.
Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13.9-20.7 m/san (7-8 bal) gücündə olacaq. Bu bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ziyan üçün orta risk təşkil edir.
Qeyd edək ki, küləkli hava şəraiti ilə bağlı "Rəng Xəbərdarlıq Sistemi” bu gündən www.meteo.az saytı vasitəsilə əhaliyə çatdırılır.
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Azərbaycan-Avstriya Turizm Proqramı üzrə AATP 2026 bakalavr qrupu formalaşdırılıb