16 may 2024 16:00
453

Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 milyard 259,4 milyon manat, xərcləri isə 10 milyard 749,5 milyon manat təşkil edib.

"İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 20,4 % çoxdur.

Son nəticədə 4 ayda büdcədə 2 milyard 509,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22,4 % azdır.