16 may 2024 17:30
786

Almaniya iqtisadiyyatı: ÜMİD 2025-Cİ İLƏ QALDI

Almaniyada İqtisadi Ekspertlər Şurası 2024-cü il üçün ÜDM artımı proqnozunu azaldıb.

“İki sahil” xəbər verir ki, şura öz bəyanatında 2024-cü il üçün ÜDM artımı proqnozunu 2023-cü ilin payızında açıqlanan 0,7 faizdən 0,2 faizə endirib.

İnflyasiyanın azalacağı və nominal maaşların yüksələcəyi gözlənilən Almaniya iqtisadiyyatının 2025-ci ildə sürətlənəcəyi və artımın 0,9%-ə çatacağı proqnozlaşdırılır.

Almaniya iqtisadiyyatı keçən il 0,2% kiçilib ki, bu da Avrozonaya daxil olan ölkələr arasında iqtisadi cəhətdən ən az geriləmə göstəricidir. Yüksək enerji xərclərinin, zəif qlobal sifarişlər və rekord yüksək faiz dərəcələrinin burada payı var.