17 may 2024 08:50
377

Velosipedçini avtomobil vurub

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, 2011-ci il təvəllüdlü Feyzullayev Ramil Etibar oğlu idarə etdiyi velosipedlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.