"Kapital Bank" ASC Azərbaycanın yeganə regional bankı olan "Naxçıvan Bank" ASC-nin depozit portfelini və ya səhmlərini almağı düşünmür.
“İki sahil” xəbər verir ki, bu barədə "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov 2023-cü ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ümumiyyətlə "Kapital Bank" ölkədə və ya xaricdə heç bir bankı almağı planlaşdırmır.
"Naxçıvan Bank"dan "Kapital Bank"a ötürülən kredit portfelinin həcmi 184 milyon manat civarındadır. Portfelin 84,5 milyon manatı korporativ kreditlərin, qalan hissəsi isə qeyri-korporativ kreditlərin payına düşüb", - F.Huseynov əlavə edib.
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev
Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dövlət hansı hallarda nəzarət edir? - OXUYUN XƏBƏRİNİZ OLSUN