17 may 2024 11:38
414

Taleh Kazımov: Azərbaycanda "yaşıl artım"a keçid maliyyə sektorunun inkişaf strategiyasının əsas məqsədidir

Azərbaycanda "yaşıl artım"a keçid maliyyə sektorunun inkişaf strategiyasının əsas məqsədidir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, bundan başqa dayanıqlı maliyyə üzrə strateji yol xəritəsi hazırlanıb.

"Azərbaycanda iqlim dəyişikliklərlə mübarizə strateji hədəflərindəndir. Azərbaycan dünya ölkələri kimi iqlim dəyişikliyi ilə bağlı çağırışlarla qarşı-qarşıdır.
Bu il bizim üçün əlamətdar ildir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi önəmlidir", - T. Kazımov bildirib.