Azərbaycan Mərkəzi Bankı (AMB) hazırda ölkənin dayanıqlı maliyyə taksanomiyasını hazırlayır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, bu sənədin hazırlanmasında AMB ilə yanaşı iqtisadiyyat, ekologiya və təbii sərvətlər, energetika nazirlikləri və digər qurumlar da iştirak edir.
T. Kazımov bildirib ki, taksanomiyanın hazırlanmasında Dünya Bankı dəstək göstərir.