17 may 2024 11:59
231

Taleh Kazımov: "Azərbaycanda dayanıqlı maliyyə keçidi mərhələli şəkildə həyata keçiriləcək"

Azərbaycanda maliyyə bazarlarının dərinliyini və mövcud maliyyə institutlarının potensialını artırmaqla dayanıqlı maliyyə keçidinin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, maliyyə sektorunun inkişafı dayanıqlı maliyyə axınları üçün ekosistemin inkişafına imkan verəcək: "Eyni zamanda yol xəritəsində qarşımızda duran vəzifələrdən biri də maliyyə sistemində iqlim, ekoloji, sosial və idarəetmə amillərinin tətbiq edilməsidir".

T. Kazımov qeyd edib ki, Mərkəzi Bank bankların, sığorta və investisiya şirkətlərinin korporativ idarəetmə standartlarına dəyişikliklər edib: "Bu standartlara əsasən maliyyə institutları uzunmüddətli dövr üzə dayanıqlılığı təmin etmək üçün ekoloji, sosial və idarəetmə amillərini nəzərə almalıdır".