17 may 2024 12:50
707

Azərbaycan iqlim imkanlarını yaşıl artıma çevirə bilər- Aliyə Əzimova

Ölkədə su qıtlığı hiss olunur.

“İki sahil” xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu" adlı konfrans çərçivəsində baş tutan “İqlim dəyişikliyinin təsir və riskləri ilə mübarizə: COP29 üzrə perspektiv baxışımız” adlı panel sessiyası zamanı Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı Ölkə nümayəndəsi Aliyə Əzimova deyib.

“Azərbaycan ciddi iqlim riskləri ilə üz-üzədir. Amma deyim ki, ölkəmiz nəinki bu çağırışların öhdəsindən gələ bilər, həmçinin bu imkanları yaşıl artıma çevirə bilər”, - o əlavə edib.