Azərbaycanın Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyası üzərində işlər yekunlaşıb.
“İki sahil” xəbər verir ki, İqtisadiyyat Nazirliyi tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, strategiyanın 60 təşəbbüsü və 9 əsas flaqmanı mövcuddur, biznes, özəl sektor, həmçinin hökuməti və cəmiyyəti əhatə edir.
O qeyd edib ki, Azərbaycanda rəqəmsal əkiz sisteminin yaradılması ilə bağlı layihənin icrasına başlanılacaq: “Bu layihə Azərbaycanda su sızması problemi ilə bağlı olacaq. Bu sistemi tətbiq etməklə məqsədimiz suyun sızması ilə bağlı problemi həll etməkdir”.
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev
Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dövlət hansı hallarda nəzarət edir? - OXUYUN XƏBƏRİNİZ OLSUN