19 may 2024 00:24
571

ABL: Bürünc medalı "NTD-İndiqo" qazandı

Bu gün basketbol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda növbəti oyun baş tutub.

“İki sahil” xəbər verir ki, seriyanın ikinci qarşılaşmasında “Xırdalan” və “NTD-İndiqo” komandaları üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində reallaşan qarşılaşma Xaçmaz təmsilçisinin 92:83 hesablı qələbəsi ilə yekunlaşıb.

Seriyanın ilk görüşündə də rəqibini məğlub edən "NTD-İndiqo" bürünc medalların sahibi olub.