20 may 2024 12:14
333

Yusif Abdullayev: Tacikistan və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsini artırmaq üçün potensiala malikdir

Tacikistan və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsini artırmaq üçün potensiala malikdir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Azərbaycan-Tacikistan" biznes forumunda deyib.

"Tacikistan və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsini artırmaq üçün nəhəng potensial malikdir. Ümid edirəm ki, bu forum iqtisadi münasibətlərin yeni səviyyəyə çıxmasına kömək edəcək", - o deyib.

Y.Abdullayev Tacikistanın İnvestisiyaların Təşviqi Agentliyi ilə AZPROMO-nun əməkdaşlığı aktiv şəkildə inkişaf etdirdiklərini vurğulayıb.

O həmçinin qeyd edib ki, forumun yekunlarına əsasən bir sıra sənədlərin imzalanması planlaşdırılır.