Azərbaycanda 2023-2024-cü illərdə 201 dövlət idarə və müəssisələrində metroloji nəzarət tədbirləri aparılıb.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev "Milli Metrologiya Forum"unda deyib.
Onun sözlərinə görə, onların 156-da metroloji tələblərin pozulması faktı aşkar edilib: "Eyni zamanda bu nəzarət tədbirləri zamanı 25 615 ölçü cihaz və avadanlıqların nəzarətə cəlb edilməsi təmin edilib. Nəzarət tədbirləri zamanı 19 018 cihazda nöqsanlar aşkar edilib ki, bu da, 74,2 %-ni təşkil edir."
Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yollarının bu günə planlaşdırılan 4 reysi ləğv edilib
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub