E&Y tərəfindən 900 qərar verən şəxs arasında keçirilən sorğudan sonra dərc edilən hesabatda Londonun 2023-cü ildə 81 layihənin, əvvəlki ilə nisbətən 76% çox, 11% azalma ilə ikinci yerdə olan Parisdən isə 2 dəfə çox layihə aldığı bildirilib.

E&Y Böyük Britaniyanın maliyyə xidmətləri sektorunda bütün Avropa layihələrinin üçdə birini öz üzərinə götürərək ən yaxın rəqibi Fransa üzərində liderliyini qoruyub saxladığını açıqlayıb. İngiltərə 2022-ci ildə 76 layihə qəbul etdiyi halda, 2023-cü ildə 108 layihə alıb. Bu, Böyük Britaniyanı müvafiq olaraq 39 və 38 layihə cəlb edən Fransa və Almaniya kimi digər Avropa nəhənglərini əhəmiyyətli dərəcədə qabaqlayır.

E&Y Böyük Britaniya Maliyyə Xidmətləri üzrə İdarəetmə Partnyoru Anna Entoni bildirib ki, çətin makroiqtisadi şəraitə və geosiyasi qeyri-müəyyənliklərə baxmayaraq, Böyük Britaniyanın maliyyə xidmətləri sektorunun sabitliyi xarici investorların inamının güclü qalmasını təmin edib.
Orxan Vahidoğlu, "İki sahil"
Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yollarının bu günə planlaşdırılan 4 reysi ləğv edilib
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub