Azərbaycanda vahid e-iştirakçılıq platforması yaradılacaq.
“İki sahil” xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planında öz əksini tapıb.
Vahid e-iştirakçılıq portalının yaradılması çərçivəsində vətəndaşlarla birbaşa əlaqə kanallarının təkmilləşdirilməsi, dövlət xidmətlərinin göstərilməsində vətəndaşlar tərəfindən verilən rəylərin toplanılması, həmçinin elektron qərarqəbuletmə prosesinin təmin edilməsi məqsədilə müvafiq tədbir görüləcək.
Qeyd edilib ki, layihə avqustun 1-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanaraq Komissiyaya təqdim edilməlidir.
Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yollarının bu günə planlaşdırılan 4 reysi ləğv edilib
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub