İsrail şirkətləri Azərbaycanın iqtisadi zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə yerləşən sənaye parklarında investisiya layihələrinin icrasına dəvət edilib.
"İki sahil" İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir ki, bu barədə müzakirələr İZİA-nın İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmovun İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritskilə görüşündə aparılıb.
Bildirilir ki, F. Məhərrəmov ölkədə fəaliyyət göstərən iqtisadi zonalar, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verib, iqtisadi zonalarının təqdimatı keçirilib.
Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yollarının bu günə planlaşdırılan 4 reysi ləğv edilib
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub