Mayın 20-də İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritskilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, İZİA-nın İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmov ölkəmizdə fəaliyyət göstərən iqtisadi zonalar, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verib, iqtisadi zonalarının təqdimatı keçirilib.
Görüş çərçivəsində İsrail şirkətlərinin iqtisadi zonalarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə yerləşən sənaye parklarında investisiya layihələrinin həyata keçirilməsi imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yollarının bu günə planlaşdırılan 4 reysi ləğv edilib
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub