Bu günə olan məlumata görə, Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək Azərbaycandan 43,1 milyon ədəd, Türkiyədən isə 26,8 milyon ədəd yumurta idxal edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Bildirilib ki, mayın 13-dən 19-dək Azərbaycandan 1,2 milyon, Türkiyədən isə 950,4 min ədəd ərzaq yumurtasının növbəti partiyası Rusiyaya sonrakı satış üçün “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə daxil olub.
Qeyd edilib ki, 2024-cü ilin əvvəlindən Rusiya Belarusdan 280,6 milyon ədəd yumurta idxal edib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yollarının bu günə planlaşdırılan 4 reysi ləğv edilib
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub