22 may 2024 09:53
427

"Bakı Sportinq" mükafatlandırıldı

Azərbaycan 2-ci liqasında 26-cı turun “Şəfa” – “Bakı Sportinq” (0:4) görüşündən sonra turnirin qalibi “Bakı Sportinq” komandası mükafatlandırılıb. 

“İki sahil” PFL-in saytına istinadən xəbər verir ki, bir tur əvvəl çempionluğu təmin etmiş komandaya qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və prezidentin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər. Ardınca “Bakı Sportinq” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, “Baku Sportinq” komandası 2-ci liqada 1-ci yeri tutaraq 1-ci liqaya vəsiqə qazanıb.