27 may 2024 11:28
255

Məktəblərdə COP28-dən öyrənilən dərslərin tətbiqi istiqamətində işlər gedir - Nazir

Azərbaycan məktəblərində COP28-dən öyrənilən dərslərin tətbiqi istiqamətində işlər gedir.

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda çıxışı zamanı deyib.

E.Əmrullayev bildirib ki, Azərbaycanda keçiriləcək COP-29 çərçivəsində görəcəyimiz təşəbbüsdən biri kimi tarixə düşəcək, uzunmüddətli vədədə nəticələri görmək mümkün olacaq.

O vurğulayıb ki, "yaşıl" təhsil və ya "yaşıl" transformasiya prosesi özlüyündə yenidir.

"Hazırda dünya bütün təhsil pillələri üzrə prosesin düzgün ölçülməsi və hədəflərin düzgün qoyulması istiqamətində iş davam edir".