27 may 2024 16:58
311

Azərbaycan Ordusunun hərbçisi su kanalında boğulub

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlu Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.

Müdafiə Nazirliyindən “İki sahil”ə məlumatı təsdiq edirək bildiriblər ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır:

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir".