Mayın 28-də Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür parkında - Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
“İki sahil” xəbər verir ki, teleqüllə və körpü 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb.
Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıq saçan televiziya qülləsi və “Sülh körpüsü” şəhərə xüsusi bir rəng - gözəllik verib.
“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar
İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib
“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır