29 may 2024 11:11
347

"Analar baş tacımız" adlı tədbir keçiriləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə şəhid analarına həsr olunmuş "Analar baş tacımız" layihəsi çərçivəsində tədbir keçiriləcək.

“İki sahil” xəbər verir ki,  1-2 iyun 2024-cü il tarixlərində Quba rayonunun "Şah Quba" istirahət mərkəzində şəhid analarının istirahəti təşkil olunacaq və şəhidlərimizin xatirəsinə tədbir təşkil ediləcək.