Marketdə azuqələrimizi aldıqdan sonra kassa qarşısında növbə gözləyirdik. Bu zaman bir xanımın əlində müxtəlif növ siqaretləri təriflədiyini gördüm. Üstəgəl bu xanım “4 manatlıq siqaret alana 3 manat kontur vurulacaq” deyə insanları buna təşviq edirdi. O, növbədəki oğlandan soruşdu: - Siqaret çəkirsiz?
Oğlan isə cavabında 17 yaşı olduğunu dedi. Göründüyü kimi, bu, bir dəhşətdir. Siqaretin üstündə insan sağlamlığı üçün ziyanlı olduğu qeyd olunsa da, buna əməl edilmir. Əgər əməl edilsə, bütün dünyanın bəlasına çevrilən siqaretdən ölüm halları kifayət qədər azalar. Sadəcə bəzi şirkətlər reklam, pul xatirinə brend edərək siqaret satışının həddi buluğa çatmayan yeniyetmələrin zehniyyətinə, səhhətinə nə dərəcədə iz qoyduğunu dərk etmirlər. Təbii ki, hər bir insanın hansı vərdişlərə aludə olması özündən asılıdır, amma bu zərərli vərdiş niyə reklam olunmalıdır?
İnsan zehniyyəti elədir ki, tez aldanır, ya da ən ağıllı insanı belə şirnikləşdirə bilirlər. Belə ziyanlı vərdişlərin reklamı çox təhlükəlidir. Marketdə siqaretin ziyanlarından danışıb xeyirli çağırışlar etməkdənsə, məhz əsrin bəlasına çevrilmiş bu mənfi vasitəni təbliğ edirlər. Artıq bu reklamlara “dur” deməyin vaxtı çatıb. Bu reklamları isə sanki normal hal kimi qəbullanıb səsini çıxaran yoxdur. İnsanlarda həll olunmayan bir sıra alqoritmlər var ki, məhz beyinlərini o istiqamətə yönləndirib sabit düşüncədə qalırlar. Onlara görə pis vərdiş yaxşı, yaxşı vərdiş isə pisdir.
Bir vətəndaş olaraq bu dırnaqarası ifadələri bəyənmirəm. Mənfi hadisələr, zərərli vərdişlər, təhlükələr niyə reytinq qazanmalıdır? Maliyyə məsələsini arxa plana keçirməli, hər kəs sağlam düşüncəli bir dünyanın qurulmasına töhfə verməlidir.
İlahə Mirzəyeva,
Bakı Slavyan Universiteti,
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir