29 may 2024 21:27
314

Fransız Polineziyasının beynəlxalq dəstəyə ehtiyacı var - Xuore Tevope

Fransız Polineziyasının müstəmləkəçiliklə mübarizədə beynəlxalq dəstəyə ehtiyacı var.

“İki sahil” xəbər verir ki,  bu barədə “Report”a açıqlamasında Fransa Polineziyasının hakim “Tavini” partiyasının üzvü Xuore Tevope deyib.

“Bilirik ki, Bakı Təşəbbüs Qrupu bir çox ölkələrdə müstəmləkəçiliyə qarşı mübarizə mövzusunda konfranslar təşkil edir. Bu təşəbbüs bizim üçün vacibdir, biz beynəlxalq dəstək tapmalıyıq”, - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Fransa Polineziyası arasında əməkdaşlıq təhsil, iqtisadiyyat və enerji keçidi sahələrində çoxlu imkanlar açır.