Kitabsevənlərin İctimai birliklərinin Beynəlxalq təşkilatının yaranmasının 50-illik təntənəli yubiley tədbirində, rəsmi dəvət əsasında 22-24 may 2024-cü il tarixində, İCOMAM Beynəlxalq təşkilatın İdarə Heyətinin üzvü, həmçinin “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İB-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov iştirak edərək, Rusiya Kitab Birliyinin Prezidenti, hüquq elmlər doktoru, professor, general-polkovnik Stepaşin Serqey Vadimoviç tərəfindən “Məhsuldar əməyə, oxumağın populyarlaşması və inkişafına görə, həmçinin Kitabsevənlərin İctimai birliklərinin Beynəlxalq təşkilatının 50-illik yubileyi münasibəti ilə Rusiya Kitab Birliyinin diplomu ilə təltif edilmiş.
Tədbirdə P.Gözəlov qeyd etmişdir ki, 22 fevral 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında müttəfiqlik haqqında razılaşma imzalanmış. 22 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Russiya Federasiyasına rəsmi səfəri dövründə Prezident Vladimir Putinlə iki tərəfli görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərin yüksək səviyyədə olmasını qeyd edilib.
Pərvin Gözəlov, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Federasiyası Silahlı Güvvələrin Mərkəzi Muzeyi ilə elmi-marif sahəsində sıx əməkdaşlıq fəaliyyətinə görə muzeyin direktoru Aleksandr Konstantinoviç Nikonov tərəfindən 24 may 2024-cü il tarixində təltif edilmişdir.
10 ildən artıq dövrdə P.Gözəlovun əməkdaşlığı nəticəsində Azərbaycanlıların İkinci Dünya Müharibəsi illərində müxtəlif hərbi əməliyyatlarda göstərdikləri qəhrəmanlıqları barədə rus dilli alimlərə geniş tarixi faktlar çatdırılıb və nəşr edilib. Ölkələrimiz arasında 22 fevral 2022-ci il tarixində imzalanmış müttəfiqlik haqqında bəyannaməyə uyğun olaraq elmi-mədəni sahədə əməkdaşlıq həyata keçirilir.