İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, nazirlər müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıblar və Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məqsədləri bölüşüblər.
Bundan başqa, regional və qlobal səviyyədə ölkələrimizin mövqelərini daha da möhkəmləndirən çoxtərəfli əməkdaşlıq gündəmdə əsas yer tutub.
During the official visit to Pakistan, Minister of Foreign Affairs of #Azerbaijan @Bayramov_Jeyhun met with @MIshaqDar50, Deputy Prime Minister and Foreign Minister of the Islamic Republic of Pakistan.
— MFA Azerbaijan (@AzerbaijanMFA) May 30, 2024
Ministers had a comprehensive discussion on various topics and shared goals… pic.twitter.com/dEpMDarDmp
***
İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.