30 may 2024 11:10
317

Minalardan çirklənmə Qarabağda ən ciddi problemlərdən biridir- Vahid Hacıyev

Qarabağda minalardan çirklənmə regionun yenidən qurulmasına və sakinlərin öz evlərinə qayıtmasına mane olan ən ciddi problemlərdən biridir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Qarabağda fəal şəkildə genişmiqyaslı bərpa işlərinə başlanılıb.