Gəncə şəhərində "Ekoloji hüquqpozmalar: maarifləndirmə və qanunvericiliklə nizamlanma" adlı konfrans təşkil olunub.
“İki sahil” xəbər verir ki, Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə Şəhər Prokurorluğu tərəfindən "Ekoloji hüquqpozmalar: maarifləndirmə və qanunvericiliklə nizamlanma" adlı işgüzar konfrans keçirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun təşəbbüsü ilə keçirilən konfransda Gəncə şəhər icra hakimiyyətinin başçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Baş Prokurorluğun rəsmiləri, həmçinin 15 region prokuroru və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxsləri iştirak edir.
Vüqar Rəhimzadə: Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir
Qlobal fırtınalar fonunda sabitlik adası: Azərbaycanın təhlükəsizlik strategiyası