30 may 2024 12:41
338

Pakistan Milli Assambleyasının spikeri Azərbaycana səfər edəcək

Pakistan parlamentinin spikeri Azərbaycana səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Pakistan Milli Assambleyasının spikeri Sərdar Ayaz Sadiq iyun ayında Azərbaycana səfər edəcək.