III Beynəlxalq Konfransın Zəngilanda keçirilməsi mina problemi haqqında məlumat vermək baxımından mühüm əhəmiyyət kəsb edir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Humanitar Hüquq üzrə İslam Forumunun (İslam Əməkdaşlıq Təşkilatı) prezidenti, humanitar hüquq üzrə professor Ussedik Favzi (Oussedik Fawzi) deyib.
“Qarabağa səfər etdiyim üçün şadam və burada nə qədər böyük və peşəkar iş görüldüyünə təəccüblənirəm. Bu regionda yeni həyatın yarandığını görürəm. Bugünkü dialoq həm informasiyanın yayılması, həm də mədəni inkişaf üçün çox vacibdir”, - o vurğulayıb.
Onun sözlərinə görə, minaların yerləşdirilməsi beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.
Vüqar Rəhimzadə: Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir
Qlobal fırtınalar fonunda sabitlik adası: Azərbaycanın təhlükəsizlik strategiyası