Mayın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğu vurğulanıb.
Tərəflər Azərbaycan ilə Ulyanovsk vilayəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər.
Qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri də müzakirə edilib.
Vüqar Rəhimzadə: Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir
Qlobal fırtınalar fonunda sabitlik adası: Azərbaycanın təhlükəsizlik strategiyası