30 may 2024 14:51
354

Reyçel Avraam: Ermənistan mina xəritələrini Azərbaycana versə, bu, sülhə doğru növbəti addım olar

Ermənistan minalanmış sahələrin xəritələrini Azərbaycana təhvil versə, bu, ölkələr arasında sülhün əldə olunması istiqamətində növbəti addım ola bilər.

“İki sahil” xəbər verir ki, bunu İsraildə fəaliyyət göstərən İqtisadiyyat Dünyası Mərkəzinin redaktoru, politoloq Reyçel Avraam jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu, onun Qarabağa beşinci, ümumilikdə isə Azərbaycana yeddinci səfəridir: “Mən Qarabağa ilk səfərim İkinci Qarabağ müharibəsindən altı ay sonra olub. İsrailin keçmiş rabitə naziri Ayub Karanın başçılıq etdiyi nümayəndə heyəti ilə Qarabağa səfər etdik. Mən onun köməkçisi idim. Biz müharibədən sonra Qarabağı görən azsaylı əcnəbilərdən biriydik. Elə bir ərazidə idik ki, orada minalar çox idi, ağaclar kökündən qoparılmışdı”.