30 may 2024 15:18
304

Beynəlxalq hüquq mexanizmləri mükəmməl olmadığından koloniyalar fransız müstəmləkəsindən azad olmayıb -  Əli Hüseynli

Beynəlxalq hüquqi mexanizmlər mükəmməl olmadığından keçmiş və indiki koloniyaların fransız müstəmləkəsindən azad olması hələ mümkün olmayıb.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Polineziya parlamentinin nümayəndə heyəti ilə Milli Məclisdə görüş zamanı deyib.

O qeyd edib ki, beynəlxalq hüquq dövlətlərin hərbi cinayətlərə, soyqırım aktlarına görə məsuliyyətə cəlb edilməyi nəzərdə tutur, ancaq müstəmləkə ilə bağlı məsələ hələ də tam müəyyən edilməyib.