31 may 2024 09:02
273

Keçmiş məcburi köçkün: Yurdumuza qayıtmaqdan qürur hissi duyuruq

Laçınla bağlı bir sıra arzularımız, planlarımız var. Allah hamımıza gözəl günlər nəsib etsin.

Bu sözləri Laçına köçən keçmiş məcburi köçkün Ulduzə Mirzəyeva deyib.

“Yurdumuza qayıtmaqdan qürur hissi duyuruq. Bugünkü bizə yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Bu gözəl hissi bütün laçınlılara arzulayıram”, - o əlavə edib.

Qeyd edək ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 68 nəfər köçürülüb.

İndiyədək Laçın şəhərində 513 ailənin, yəni 1 906 nəfərin daimi məskunlaşması təmin edilib.

“Report”