31 may 2024 09:06
286

Kəlbəcərdə piyadanı maşın vurub

Kəlbəcər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, 1995-ci il təvəllüdlü Abbaslı Vuqar Kəmaləddin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.