31 may 2024 09:35
251

5 yaşlı uşağı maşın vurub

Bakının Xətai rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, avtomobil yolu keçən 2019-cu il təvəllüdlü Süleymanlı Məryəm Mehdi qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.